Adriano futbola qayıdır

Adriano futbola qayıdır
XƏBƏR 12 Oktyabr 2017 / 17:24 5070
-  A +

Braziliya millisinin sabiq futbolçu Adriano yenidən futbola qayıtmaq istədiyini açıqlayıb.

Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən veteran hücumçu oynamaq gücündə olduğunu deyib:

“Özümü yeni bir layihə üçün hazırlayıram, qarşıdakı aylarda məşqə başlayacam. Özümü futbola başlayacaq gücdə görürəm. Karyeramı istədiyimi kimi sürmədim. Buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

Qeyd edək ki, 35 yaşlı futbolçu İtaliyada "Parma", “İnter”və “Roma” klublarında çıxış edib. O, Braziliya millisində 50 oyun keçirib və 29 qol vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı