Kapitan "Qarabağ"la oyunu buraxacaq

Kapitan "Qarabağ"la oyunu buraxacaq
XƏBƏR 12 Oktyabr 2017 / 16:33 2159
-  A +

Topaz Premyer Liqanın 8-ci turunda "Qarabağ"la qarşılaşacaq "İnter" oyuna ciddi itki ilə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun Qol.az-a verdiyi məlumata görə, komandanın kapitanı Nizami Hacıyev bu görüşü buraxacaq.

Premyer Liqanın 6-cı turunda "Zirə"ilə oyunda zədələnən yarımmüdafiəçi hələlik tam sağalmayıb.

"İnter"i "Qarabağ"la oyuna Svanadze çıxaracaq

Həyat yoldaşının vəfatı ilə əlaqədar ölkəsi Gürcüstana gedən "İnter"in baş məşqçisi Zaur Svanadze artıq Bakıdadır. Sabah komandasını "Qarabağ"la oyuna Svanadze özü çıxaracaq.

Son xəbərlər