Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
“Mən əyyaş deyiləm” – Aleksandr Əliyev

Yazarlar
 Rəşad haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ" ÇL-də mübarizəni dayandırdı
"Fənərbaxça", "Seltik" və "Spartak" ÇL-dən kənarda qaldı
"Qoy, Qleb "Qarabağ" haqda bir də belə danışmasın"
“Fənərbaxça” “Qalatasaray”a milyonlar qazandırdı
Linklər
525ci Qəzet

"AFFA millini mənə təklif etməz" - Mircavadov
A A A

[12.10.2017]
"AFFA millini mənə təklif etməz" - <b style="color:red">Mircavadov</b>

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. Bizimlə söhbətində bir çox maraqlı məqama toxunan mütəxəssis klubları və millinin baş məşqçisi Robert Prosineçkini tənqid edib

- Millimiz 10 xalla seçmə mərhələni 5-ci pillədə tamamladı. Komandamızın çıxışını necə dəyərləndirirsiniz?

- Çempionat tam güclü olanda yığmadan da nəsə tələb etmək olar. Belə baxanda 10 xal da tarixi nəticədi. İndiyə kimi heç kim yığmayıb. Elə oyunlar var ki, yaxşı oynayıblar, elə oyunlar da var ki, zəif çıxış ediblər. Yenə də deyirəm, yığma ilə klubu birləşdirsəydik, daha yaxşı olardı, nəsə əldə etmək olardı. Birinci növbədə, 8 komanda olsa belə, çempionatımızın səviyyəsini artırmalıyıq. Bunun üçün də məşq prosesləri, oyunlar gərgin olmalıdı. Yığmanın üzvü klubunda lider kimi oynamalıdı. Bu, əsas amildi.

- Sizinlə razıyam. Klubların da üzərinə yük düşür. Yığma üçün oyunçular yetişdirməlidirlər. Amma bir məsələ var ki, Prosineçki gəldiyi ilk ildə milli pis təsir bağışlamadı. 3 oyundan 7 xal toplayaraq, sensasiyaya imza atdılar. Sizcə, sonradan nə baş verdi ki, komanda enişə keçdi?

- Mən komandanın daxilində deyiləm. Bunu məşqçilərdən soruşsaz, yaxşı olar. Düzdü, seçmə mərhələyə yaxşı başladıq. İlk 3 oyundan 7 xal yığdıq. Nələrin baş verdiyini mən də bilmirəm. Bunun üçün gərək komandanın daxilini biləsən. Kənardan baxanda gördüyünü deyirsən. Amma içəridəki ab-havanı bilmirsən. Əslində ikinci ildə Almeyda da milliyə qoşuldu. Şeydayev özü çox potensiallı uşaqdı. Amma çox oynamaq lazımdı ki, potensialını tam aça bilsin. Məşq ayrı, oyun ayrı. Futbolçu gərək oynasın.

- Son vaxtlar Prosineçkinin adı bəzi xarici klublarla hallanırdı. Hətta “Bursaspor”la razılığa gəldiyi barədə iddia da ortaya atılmışdı. Bəlkə də enişin səbəbi elə bu idi...

- Ola bilər. Mən etiraz eləmirəm. Çünki belə söhbətlər oldu. Amma peşəkar məşqçi hər şeyi vaxtında, düzgün eləməlidi. Həmin xəbərləri mən də oxuyurdum. Guya təklifə razı olub. Amma peşəkar məşqçinin qaydası var. Müqavilə bağlayırsansa, buna hörmətlə yanaşmalısan. Qurtarandan sonra, qalırsan-gedirsən, bu, səninlə rəhbərliyin arasında olan işdi.

- Yəqin mətbuatdan oxumusuz. Prosineçki artıq Azərbaycanda qalmayacağını açıqlayıb...

- Hə, mən də oxumuşam. Yenə həmin söhbətə qayıdıram. Səhv eləmirəmsə, onun noyabrın axırına kimi AFFA ilə müqaviləsi var. Ola bilər, insandı, hirslənib, ona görə belə deyib. Ancaq peşəkar mütəxəssis dözməlidi. Müqavilənin sonuna yaxın rəhbərliklə görüşüb, məsələni həll etməlidi. Yalnız bundan sonra gələcək taleyi ilə bağlı müsahibə verə bilər.

- Çox güman ki, xorvatiyalı mütəxəssis gedəcək. Necə düşünürsüz, bundan sonra milli komandaya yerli məşqçi gəlməlidi, yoxsa əcnəbi?

- Mən 1992-ci ildən Azərbaycan futbolunda olmuşam. O vaxt da, indi də öz fikrimdə qalıram ki, hər bir işdə yerli mütəxəssis olmalıdı. Həm yığmada, həm də klublarda. Elə klublar olub ki, xaricilər gəlib məşqçiliyi həmin klublarımızda öyrəniblər. Adlarını çəkmirəm. Çünki heç vaxt həmkarlarım haqda pis fikirdə olmamışam. Yaxşı olar ki, həmin dəstəyi yerli məşqçilərimizə versinlər. Yerlinin ürəyi yanar. 1994-cü ildə Buxarestdə Rumıniyaya qarşı oyunda hamımız ağlayırdıq. Beynəlxalq arenada birinci dəfə himnimiz çalınırdı.

- Bəs yerli mütəxəssislərə inamsızlığın kökündə nə dayanır? Yerlilərə niyə inanmırlar?

- Bu, tamam başqa mövzudu. Yığmadan fərqli olaraq, klublarda həmişə yerli mütəxəssislər uğur qazanıblar. İnam lazımdır. Onda hər şey yaxşı olacaq. İnamsızlığın səbəbini isə gərək siz araşdırasınız. Mən hər yerdə təmiz, vicdanla çalışmışam. Klubdan da uzüağ ayrılmışam.

- Bəs AFFA-dan Ağasəlim Mircavadova təklif gəlsə, qəbul edərmi?

- Yox, AFFA-dan Ağasəlim müəllimə təklif gəlməz.

- Niyə?

- (Gülür). Bilirsiz, millini kimə tapşırsalar, canla-başla işləyər. Amma təcrübə böyük şeydir. Bizdə cavan məşqçilər var. Amma çoxu tələsir. Təcrübəli məşqçinin yanında işləsələr, bu, çox yaxşı olar.

- Son illər millidə baş məşqçi dəyişikliyi olanda daha çox Qurban Qurbanovun adı ön plana çıxır. Sizin bu məsələyə münasibətinizi də bilmək maraqlı olardı.

- Qurban müəllimin uğurları göz qabağındadı. Təcrübəsi də var. Niyə də işləməsin?! Komandasını Avroliqanın, Çempionlar Liqasının qrupuna yüksəldib. Hər şey onun özündən və rəhbərlikdən asılıdı. Özü istəyər-istəməz, bunu bilmirəm. Hazırda milliyə ən real namizəd odur.

Elnur SALAHOV



5068 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
07.08.2018  12:52 "BATE PSV-dən daha çətin rəqibdir" - Əfran İsmayılov
17.07.2018  14:48 Yuri Maksimovdan istefası ilə bağlı sensasiyalı açıqlamalar
16.07.2018  16:00 “Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – Asif Məmmədov
16.07.2018  11:56 "Hələ heç nə itirilməyib " - Amil Yunanov
10.07.2018  15:25 “Almeyda ab-havasını dəyişməli, “Qarabağ”a yeni nəfəs lazım idi”
17.06.2018  18:56 "Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi" - Rəşad Sadıqov
17.06.2018  13:07 "Məşqçinin Messi ilə məsləhətləşməsində pis heç nə yoxdur" - Mircavadov
07.06.2018  14:15 “Orda mənə özgə malı kimi baxmağa başladılar” – Vaqif Cavadov
05.06.2018  12:05 "Qriqorçuk yerli futbolçulara qənim kəsilmişdi" - Elvin Məmmədov
04.06.2018  13:29 "Zirə" mənə uyğun komanda deyildi" - Elşən Abdullayev
30.05.2018  13:27 “Həmin oyun Kollina qarşısında son imtahanım idi” – Əliyar Ağayev
17.05.2018  14:39 “Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl
10.05.2018  13:47 “Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov
07.05.2018  13:44 “Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov
01.05.2018  16:18 "Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"
25.04.2018  10:50 “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
24.04.2018  11:55 "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
17.04.2018  16:06 "Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
08.04.2018  23:37 "Əvvəl daha inamsız oynayırdım" – Namiq Ələsgərov
06.04.2018  14:57 “Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
 
 
  16.08.18
01:04
  "Atletiko"dan 3-cü qol - Yenilənir
01:00
  Dieqo Kostadan tarixi qol
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  15.08.18
23:00
  "Barselona" "Boka Xuniors"a qalib gəlib kubok qazandı
22:15
  "Real" - "Atletiko": heyətlər
21:39
  O da millidəki karyerasını başa vurdu
20:59
  "Kapitan olmaq böyük şərəfdir" - Lionel Messi
20:18
  "Mançester Siti"də ciddi itki
19:29
  Ronaldo "Yuventus"da növbəti qolunu vurdu
18:48
  Ndlovudan 11-ci qol
18:25
  Orxan Sadıqlı "Sumqayıt"da – rəsmi
18:02
  İnyesta ardıcıl 2-ci oyunda qol vurdu
17:34
  "Qarabağ"ın uğursuzluğunu Rəşadla bağlamaq ədalətsizlik olardı" – Şahin Diniyev
16:50
  Subaşiç Xorvatiya millisindən getdi
16:23
  Kovaçdan "Bavariya"nın futbolçularına telefon qadağası
16:07
  “Mən əyyaş deyiləm” – Aleksandr Əliyev
15:33
  "İnyesta "Barselona"ya qayıdacaq" - Bartomeu
15:00
  "Çelsi"nin futbolçusu "Torino"da
14:45
  "Qarabağ"la oyun daha ağır oldu" – BATE-nin yeni transferi
14:27
  Zidan Mourinyonun yerinə göz dikib
13:58
  Çempionlar Liqasının yeni topu – Şəkil
13:30
  “Zirə” - “Keşlə” oyununun yeri dəyişdirildi
13:18
  "Premyer Liqada 8 komanda çox azdır" – Bahodir Nasimov
12:50
  Kavani qayıdır
12:35
  Messi milli karyerasına fasilə verir
12:10
  "Mançester Yunayted"in təklifini rədd edib
11:45
  "Roma" millinin üzvü ilə yolları ayırdı
11:27
  "Real" - "Atletiko": əmsallar açıqlandı
11:10
  "Fənərbaxça" - "Benfika" - Video
10:55
  "Qarabağ"ın hücumları elə də kəsərli alınmırdı"
10:30
  "Real" - "Atletiko": hansı kanallarda?
10:09
  "Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi" - BATE-nin futbolçusu
09:42
  Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi
01:46
  Dünya çempionu “Roma”da
01:29
  ÇL-in pley-offunda qarşılaşacaq cütlüklər
01:10
  “Fənərbaxça” “Qalatasaray”a milyonlar qazandırdı
01:02
  "Fənərbaxça", "Seltik" və "Spartak" ÇL-dən kənarda qaldı
00:32
  "Qarabağ" layiqli rəqib idi” - Qleb
00:14
  Qriqorçuk və Almeyda da ÇL-lə vidalaşdı
00:00
  "Qarabağ" sonadək təslim olmadı" - Aleksey Baqa
  14.08.18
23:40
  "Heyətimizin yeniləndiyini nəzərə almalıyıq" - Qurban Qurbanov
23:11
  "Qarabağ"a sərf etməyən bərabərlik - Video
22:48
  "Qarabağ" ÇL-də mübarizəni dayandırdı
21:45
  “Barselona” və “Real”ın futbolçuları “Leqanes”də
20:36
  "Sevilya"nın futbolçusu "Roma"da
19:50
  BATE - "Qarabağ": start heyətlər
19:19
  Spaletti "İnter"lə müqaviləni uzatdı - rəsmi
18:55
  "Modriç gec-tez İtaliyaya gedəcək" - agenti
18:40
  "Mançester Siti" onu da icarəyə verdi
18:16
  Çerışev "Valensiya"ya keçdi
17:51
  Yığmamız "Qarabağ"ın oyununda
17:40
  Mandzukiç millidəki karyerasını başa vurdu
17:27
  "Keşlə"dən 2 transfer - rəsmi
17:09
  Milimiz Belarusa qalib gəldi
16:50
  "Qoy, Qleb "Qarabağ" haqda bir də belə danışmasın"
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore