"Qəbələ" boksçuları Ukrayna klubu ilə qarşılaşacaq

"Qəbələ" boksçuları Ukrayna klubu ilə qarşılaşacaq
XƏBƏR 12 Oktyabr 2017 / 13:49 841
-  A +

“Qəbələ” İdman Klubunun boksçuları növbəti sınağına çıxacaq.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançılar Ukraynanın KB-75 klubu ilə beynəlxalq yoxlama görüşü keçirəcək.

Krivoy Roq şəhərində təşkil olunacaq matç 7 döyüşdən ibarət olacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə “Qəbələ” və KB-75-in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcək. Oktyabrın 21-də keçiriləcək matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.


 

Daha çox


Son xəbərlər
23.09.18  21:09

"Arsenal"dan qələbə