Mənsimov Anrini komandasına gətirir

Mənsimov Anrini komandasına gətirir
ÖLKƏ FUTBOLU 8 Aprel 2010 / 15:26 2289
-  A +

“Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun “Beşiktaş”a ulduz futbolçu gətirəcəyi ilə bağlı xəbərlər səngimir. Qol.Az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, həmyerlimiz fransız Tyeri Anrini İstanbula gətirmək fikrindədir.

“Beşiktaş”ın baş məşqçisi Mustafa Dənizli müqaviləsini uzatdıqdan sonra yeni mövsüm üçün transferlə bağlı rəhbərliyə raportunda sol və sağ cinahlarının gücləndirilməsini istəyib. Rəhbərlik isə gurultulu transfer etmək üçün gözünü məhz Mənsimova dikib.

Türk mətbuatının yazdığına inansaq, Mənsimov Avropada böyük rezonans doğuracaq transfer reallaşdıracaq. Hədəfdə olan futbolçu isə hazırda “Barselona”da forma geyinən Fransa yığmasının futbolçusu Tyeri Anridir

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın