Corc Vea ölkəsinin prezidenti seçilib?

Corc Vea ölkəsinin prezidenti seçilib?
XƏBƏR 12 Oktyabr 2017 / 13:23 3840
-  A +

“Çelsi”, “Mançester Siti” və “Milan”ın sabiq oyunçusu, 1995-ci ildə dünyanın ən yaxşı futbolçusu olan Corc Veanın Liberiya Respublikasının prezidenti seçilməsi barədə xəbərlər yayılıb.

Qol.az-ın məlumatına görə, “Naij” nəşrinə bildirib ki, 51 yaşlı siyasətçi əsas rəqibi Cozef Bokaya qalib gəlib.

Lakin AFR agentliyi xəbər verib ki, hələlik kimin qalib gəlməsi haqda danışmaq tezdir. Çünki ölkəsinin Seçki Komisiyası seçkinin yekun nəticəsini bu gün ərzində açıqlayacaq. Əgər namizədlərdən hansısa 50 faizdən çox səs yığmasa, ikinci tur elan olunacaq.

Qeyd edək ki, Vea ilk dəfə 2005-ci ildə prezident seçkilərində iştirak etsə də, ikincu turda 40 faiz səs toplayaraq indiki dövlət başçısı Elen Conson-Serlifə uduzub.

Xatırladaq ki, Vea 1989, 1994 və 1995-ci ildə Afrika qitəsinin də ən güclü futbolçusu olub.


Son xəbərlər