49 yaşında futbola qayıtdı

49 yaşında futbola qayıtdı
XƏBƏR 12 Oktyabr 2017 / 12:00 3930
-  A +

İngiltərə millisinin və "Arsenal"ın sabiq yarımmüdafiəçisi  Pol Merson 49 yaşında futbola qayıdıb.

Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, o, Uelsin dördüncü divizion təmsilçisi "Kerau" ilə müqavilə imzalayıb. Merson yeni klubunda ilk oyununa oktyabrın 18-i çıxacaq.

Qeyd edək ki, Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar kuboku, İngiltərə kuboku, Liqa luboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatında iştirak edib. P.Mersonun son klubu "Tamuort" olub. O, 2006-cı ildə futbolçu karyerasını bitirdiyini açıqlamışdı.


Son xəbərlər