"Başqa iş tapsam da, ailəm Bakıda qalacaq" - Prosineçki

"Başqa iş tapsam da, ailəm Bakıda qalacaq" - <b style="color:red">Prosineçki</b>
XƏBƏR 12 Oktyabr 2017 / 11:22 4886
-  A +

Robert Prosineçki millimizin baş məşqçisi vəzifəsindən ayrılsa belə, ailəsi Bakıda qalacaq.

Qol.az-ın məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: "Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır. Onun Sloveniya yığmasını çalışdıra biləcəyi iddia edilir.

 

Daha çox


Son xəbərlər