Vidal qərarını dəyişdi - "Biz Çili əsgərləriyik"

Vidal qərarını dəyişdi -  "Biz Çili əsgərləriyik"
XƏBƏR 12 Oktyabr 2017 / 00:40 3641
-  A +

Milli karyerasını baş vurduğunu açıqlayan Çili yığmasının futbolçusu Arturo Vidal qərarını dəyişib.

Qol.az-ın məlumatına görə, “Bavariya”nın yarımmüdafiəçisi millidəki çıxışını davam etdirəcəyini bildirib.

O, bu barədə şəxsti Tvitter hesabında yazıb: “Döyüşçü qorxa və ağlaya bilər, ancaq heç vaxt təslim olmaz və ölənə qədər mübarizə aparmaqdan çəkinməz. Hər bir məğlubiyyətin əvəzi var. İndi bizə çətindir, ancaq bu, hələ son deyil. Biz birlikdə güclüyük, tək-tək yox. Biz Çili əsgərləriyik. İrəli Çili! Gələn döyüşdə görüşənədək”.

Qeyd edək ki, 30 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Braziliyaya uduzaraq mundiala vəsiqə şansını itirdikləri oyundan sonra yığmadan getmək qərarını vermişdi.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın