"Barselona" Koutinyodan əl çəkmir

"Barselona" Koutinyodan əl çəkmir
XƏBƏR 11 Oktyabr 2017 / 21:48 3556
-  A +

"Barselona" qış transfer pəncərəsində "Liverpul"un futbolçusu Filipp Koutinyonu heyətinə cəlb etməyə çalışacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubununun meneceri Oskar Qrau məlumat verib: "Qışda Koutinyonu almağa hazırıq. Əgər transferlər etsək, komandadan ayrılacaq futbolçular da olacaq".

Qeyd edək ki, "Barsa" bu yay F.Koutinyonu almaq istəmişdi. Ancaq İngiltərə klubu 200 milyon avro təzminat istədiyi üçün bu transfer gerçəkləşməmişdi.

 

Daha çox


Son xəbərlər
23.09.18  21:09

"Arsenal"dan qələbə

23.09.18  14:45

Klopp 600-ə çatdı

23.09.18  02:00

"Real"dan qələbə