"Çatışmazlıqları aradan qaldırmağa çalışacam" - "Araz"ın baş məşqçisi

"Çatışmazlıqları aradan qaldırmağa çalışacam" - "Araz"ın baş məşqçisi
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2017 / 20:55 2454
-  A +

“Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır”.

Qol.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Araz”ın baş məşqçisi Alesio da Silva futzal üzrə UEFA kubokunun əsas mərhələsində "Mostar”a (Bosniya və Herseqovina) 5:2 hesabı ilə qaldikləri matçdan sonra deyib.
 
Braziliyalı mütəxəssis bildirib ki, çətinliyə baxmayaraq, vacib olan qələbəni qazanıblar: "Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodundan istifadə edə bilmədik. Bu da qarşıdakı matçlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.

Daha çox


Son xəbərlər