“Qarabağ” – “Atletiko” oyununa nə qədər bilet satılıb?

“Qarabağ” – “Atletiko” oyununa nə qədər bilet satılıb?
XƏBƏR 11 Oktyabr 2017 / 17:12 9366
-  A +

"Qarabağ” oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.az-a verdiyi məlumata görə, artıq matça 30 min bilet satılıb.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


Satış məntəqələri
 
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)
 
Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər.
 
Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord