FİFA Pakistanın üzvlüyünü dayandırdı

FİFA Pakistanın üzvlüyünü dayandırdı
XƏBƏR 11 Oktyabr 2017 / 16:25 3116
-  A +

FİFA Pakistan Futbol Federasiyasının (PFF) üzvlüyünü dayandırıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb federasiyanın işinə üçüncü tərəfin müdaxiləsi olub.

PFF-nin ofis və hesabları məhkəmənin təyin etdiyi inzibatçının nəzarəti altında qaldığı və bunun da federasiyanın işlərinə üçüncü tərəfin qarışmamasına dair öhdəliyin pozulması olduğu bildirilir.

FİFA federasiya rəhbərliyinin nəzarəti ələ aldıqdan sonra  üzvlüyün bərpa olunacağını açıqlayıb. Sanksiya qüvvədə olduğu müddətdə Pakistan yığması və bu ölkənin klubları beynəlxalq yarışlarda iştirak edə bilməzlər.

Son xəbərlər