Azərbaycan və Ermənistan ayrı qruplarda - Millətlər Liqası

Azərbaycan və Ermənistan ayrı qruplarda -  Millətlər Liqası
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2017 / 15:40 8396
-  A +

UEFA Millətlər Liqasının püşkatma mərasimində Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcəklər.
 
Qol.az-ın məlumatına görə, Avropa futbol qurumu bu iki ölkə ilə yanaşı, Rusiya və Ukraynanın da B Divizionunda fərqli qruplara salınması barədə qərar qəbul edib. Səbəb kimi ölkələrarası münasibətlərin olmaması göstərilib.
 
Millətlər Liqasında UEFA-ya üzr olan 55 yığma 4 diviziona bölünüb. Hər bir divizionda 4 qrup olacaq.

Artıq püşkatma üçün səbətlərin tərkibi də müəyyənləşib. Azərbaycan D liqasında I səbətdə yer alıb.

A liqası

I səbət

Almaniya, Portuqaliya, Belçika, İspaniya

II səbət

İsveçrə, Fransa, İngiltərə, İtaliya

III səbət

Polşa, İslandiya, Xorvatiya, Hollandiya
 

B liqası

I səbət


Avstriya, Uels, Rusiya, Slovakiya

II səbət

İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

III səbət

Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə
 
C liqası

I səbət


Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya

II səbət

Yunanıstan, Serbiya, Almaniya, Norveç

III səbət

Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

IV səbət

Kipr, Estoniya, Litva
 
D liqası

I səbət


Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan

II səbət

Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

III səbət  

Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

IV səbət

Andoora, Kosovo, San Marino, Cəbəllütariq

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki