Bakıda medal qazanan türkiyəli güləşçi güllələndi

Bakıda medal qazanan türkiyəli güləşçi güllələndi
XƏBƏR 11 Oktyabr 2017 / 15:11 3818
-  A +

Yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb.
 
Qol.az-ın "İhlas” agentliyinə istinadən yaydığı xəbərə görə, hadisə gecə saatlarında İstanbulda baş verib.

98 kq çəki dərəcəsində yığmasının şərəfini qoruyan pəhləvan tıxac zamanı bir neçə şəxslə mübahisə edib. Nəticədə mübahisə etdiyi şəxslər idmançıya silah çəkiblər. Hər iki ayağından yaralanan güləşçi  əməliyyat olunub və hazırda durumu qaydasındadır.

Qeyd edək ki, 98 kq çəki dərəcəsində çıxış edən Cenk İldem 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında da 3-cü yeri tutub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi