AFFA-dan Prosineçki xəbərlərinə münasibət

AFFA-dan Prosineçki xəbərlərinə münasibət
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2017 / 16:20 5758
-  A +

AFFA millimizin baş məşqçisi Robert Prosineçkinin Sloveniya yığmasını çalışdıra biləcəyi barədə yayılan xəbərlərə rəsmi münasibət açıqlayıb.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.az saytına bildirib ki, bununla bağlı məlumatlar Sloveniya mətbuatında yayılıb: “Elə onların yazdığına görə də tərəflər razılığa gəlməyiblər”.

R.Prosineçkinin müqavilə ilə bu il dekabrın 1-nə kimi millimizin baş məşqçisi olduğunu deyən AFFA rəsmisi qeyd edib ki, yaxın vaxtlarda xorvatiyalı mütəxəssis federasiya rəhbərliyinə gördüyün işin yekunları ilə bağlı hesabat verəcək: “Həmin hesabatdan sonra AFFA Prosineçki ilə əməkdaşlığı davam  etdirib-etdirməyəcəyi haqda qərar verəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı