"Çelsi"nin futbolçusu 3 həftə oynamayacaq

"Çelsi"nin futbolçusu 3 həftə oynamayacaq
DÜNYA FUTBOLU 10 Oktyabr 2017 / 14:00 1635
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi"nin futbolçusu N'Qolo Kantenin son durumu müəyyənləşib.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən fransalı yarımmüdafiəçinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub. Bu isə o deməkdir ki, N.Kante İngiltərə Premyer Liqasında "Krista Pelas, "Uotford", "Bornmut"la matçları, Çempionlar Liqasında "Roma"ya qarşı oyunu buraxacaq.

Qeyd edək ki, Fransa millisinin futbolçusu N.Kante DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana qarşı matçda (1:0) zədələnib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı