"Nəhayət, millidə ilk qolumu vurdum" - Ramil Şeydayev

"Nəhayət, millidə ilk qolumu vurdum" - Ramil Şeydayev
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2017 / 12:17 4449
-  A +

Millimizin futbolçusu Ramil Şeydayev DÇ -2018-in seçmə mərhələsində Almaniyaya qarşı matçda (1:5) vurduğu qolu qısaca şərh edib.
 
Qol.az-ın məlumatına görə, 21 yaşlı hücumçu özünün "Facebook" hesabında qolun videosunu paylaşaraq bunları yazıb: "Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, komandanın vuruşmağına baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm!".
 
Xatırladaq ki, R. Şeydayev görüşün 34-cü dəqiqəsində baxımlı qola imza atıb.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"