Prosineçki federasiyadan 800 min avro istədi

Prosineçki federasiyadan 800 min avro istədi
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2017 / 09:49 6156
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasını çalışdıra bilər.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis sözügedən millidə işləmək üçün ilinə 800 min avro tələb edib.

Bu xəbərlərə münasibət bildirən Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç deyib ki, həmin  məbləği ödəmək imkanında deyillər: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".
 
Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə namizədlərdən biri də Robert Prosineçki hesab olunur.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord