28 ildən sonra mundialın final mərhələsində

28 ildən sonra mundialın final mərhələsində
DÜNYA FUTBOLU 9 Oktyabr 2017 / 11:56 7362
-  A +

DÇ-2018-in final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, Misir yığmasıdır. Komanda DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsinin 5-ci turda Konqoya 2:1 hesabı ilə qalib gələrək sona 1 tur qalmış E qrupunda birinciliyi təmin edib. Bununla da Misir 28 ildən sonra mundialın finalına vəsiqə qazanıb.

Qeyd edək ki, Misir DÇ-2018-in finalında oynamağı təmin edən 15-ci komanda olub. Bundan əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın