"Zədə formama təsir etdi" - Ansi Aqolli

"Zədə formama təsir etdi" - Ansi Aqolli
GÜNDƏM 9 Oktyabr 2017 / 10:12 2623
-  A +

"Mən bir ay zədə səbəbindən oynamadım. Buna görə zədə formama təsir etdi. İtaliya millisi çox yüksək səviyyədədir, amma İspaniyada fərqlənir".

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, bu sözləri Albaniya yığmasının futbolçusu Ansi Aqolli DÇ-2018-in seçmə mərhələsində İtaliya ilə oyun öncəsi deyib.

34 yaşlı müdafiəçi İspaniya ilə matçdan sonra baş məşqçiləri ilə birgə müxtəlif elementləri təhlil etdiklərini bildirib: "Mənə elə gəlir ki, komandamız doğru yoldadır".

"Qarabağ"ın futbolçusu gələcəyinin milli ilə bağlı olduğunu söyləyib: "Baş məşqçim məni start heyətə layiq görsə, oynayacağam".

Qeyd edək ki, Albaniya - İtaliya görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord