Arda Turan 100-ə çatdı

Arda Turan 100-ə çatdı
GÜNDƏM 7 Oktyabr 2017 / 11:50 2539
-  A +

DÇ-2018-in seçmə mərhələsində İslandiyaya qarşı oyun Türkiyə millisinin futbolçusu Arda Turan üçün əlamətdar olub.

Qol.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu görüşlə yığmadakı 100-cü matçına çıxıb. Bu münasibətlə ona Türkiyə Futbol Federasiyası tərəfindən hədiyyə təqdim olunub.

Qeyd edək ki, A.Turan ilk dəfə 2006-cı ilin avqustunda millidə çıxış edib.

Xatırladaq ki, Türkiyə - İslandiya görüşü qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər