"Qalib gəlməsəydik, rüsvayçılıq olardı” - çexlərin qapıçısı

"Qalib gəlməsəydik, rüsvayçılıq olardı” -  çexlərin qapıçısı
GÜNDƏM 6 Oktyabr 2017 / 15:00 3089
-  A +

Çexiya millisinin qapıçısı İrji Pavlenka DÇ-2018-in seçmə mərhələsinin yığmamızla dünən keçirilən görüş barədə danışıb.

Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən qolkiper qələbə qazandıqları oyunu (2:1) belə şərh edib: “Rəqibin daha sürətli oynayacağını, təhlükələr yaradacağını gözləyirdim. Amma belə olmadı, mənim işim az oldu. Qələbəyə görə şadam. Çoxlu qol imkanları yaratdıq. Belə bir matçda qalib gəlməsəydik, rüsvayçılıq olardı”.
 
Pavlenka millimizin penaltidən vurduğu qol və Ramil Şeydayevin qaçırdığı qol epizodu haqda da danışıb: “Penalti epizoduna yaxın idim. Orda penalti yox idi. Şeydayevin epizoduna gəlincə, onunla aramızdakı məsafə az idi. Buna görə də zərbəni zərərsizləşdirə bildim”.

Daha çox


Son xəbərlər