Ronaldonun "Qızıl top"u satıldı - 600 min avroya

Ronaldonun "Qızıl top"u satıldı - 600 min avroya
DÜNYA FUTBOLU 4 Oktyabr 2017 / 12:54 5477
-  A +

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini xeyriyyə məqsədilə satıb.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  “Make-A-Wish” adlı yardım təşkilatının həyata keçirdiyi tədbirdə mükafat 600 min avroya satılıb. “Qızıl top”u İsrailin ən varlı şəxslərindən olan İdan Oferin aldığı bildirilir.

“Make-A-Wish” Ronaldonun “Qızıl top”unun satışından əldə olunan pulu ölümcül xəstəliklərlə mübarizə aparan uşaqların müalicəsinə xərcləyəcək.
 
Qeyd edək ki, K. Ronaldo 2008, 2013, 2014 və 2016-cı illərdə də dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı