"Bavariya"da baş məşqçi vəzifəsinə yeni namizəd

"Bavariya"da baş məşqçi vəzifəsinə yeni namizəd
DÜNYA FUTBOLU 4 Oktyabr 2017 / 10:56 4547
-  A +

"Bavariya"da yeni baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, hollandiyalı məşqçi Lui van Qaldır. Onun danışıqlara başlanıldığı bildirilib.

Van Qal son olaraq "Mançester Yunayted"i çalışdırıb.

Xatırladaq ki, van Qal 2009-2011-ci illərdə "Bavariya"da baş məşqçilik edib.

Qeyd edək ki, Münhen klubu ötən ay Karlo Ançelottini istefaya göndərib.


Son xəbərlər