"Qəbələ" uduzdu, "Neftçi"dən ilk qələbə

"Qəbələ" uduzdu, "Neftçi"dən ilk qələbə
PREMYER LİQA 29 Sentyabr 2017 / 20:21 15713
-  A +

Topaz Premyer Liqanın 7-ci turuna start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki oyun keçirilib.

Turun açılış matçında "İnter" "Neftçi"ni qəbul edib. Bu mövsüm qələbəyə həsrət qalan və ardıcıl son üç oyunda məğlub olan "ağ-qaralar" 2:0 hesabı ilə qalib gələrək ilk dəfə üç xal sevinci yaşayıb. 

Günün digər matçındə isə "Qəbələ" autsayder "Kəpəz"i qəbul edib və 0:2 hesabı ilə uduzub.  

Qeyd edək ki, sabah "Səbail" "Sumqayıt"ı, oktybarın 1-də isə "Qarabağ" "Zirə"ni qəbul edəcək.



29 sentyabr (cümə)

Topaz Premyer Liqa, 7-ci tur

18:30. “Qəbələ” – “Kəpəz” - 0:2
Qollar:
Kərim Diniyev, 48, İlkin Sadıqov, 58
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

16:00.“İnter” – “Neftçi” - 0:2
Qol:
Meza Kolli, 60, Rəhman Hacıyev, 72
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
“İnter Arena”

 

30 sentyabr (şənbə)

18:00.“Səbail” – “Sumqayıt”
Hakimlər:
Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov
“Dalğa Arena”

1 oktyabr (bazar)

18:00.“Qarabağ” – “Zirə”
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 5 5 0 0 12-3 15
2 Zirə 6 4 2 0 12-5 14
3 Qəbələ 7 4 1 2 7-8 13
4 İnter 7 2 2 3 7-9 8
5 Sumqayıt 6 2 1 3 6-10 7
6 Səbail 5 2 0 3 4-6 6
7 Neftçi 7 1 1 5 5-9 4
8 Kəpəz 7 1 1 5 5-11 4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3.

Daha çox


Son xəbərlər