Azərbaycan - Albaniya: jurnalistlərin proqnozu

XƏBƏR 19 Noyabr 2008 / 16:02 4951
-  A +

Azərbaycanın bir neçə tanınmış jurnalisti Qol.Az saytına açıqlamalarında milli komandamızın bu gün albanlarla keçiriləcək yoldaşlıq görüşü ilə bağlı fikirlərini bildirib.

«Futbol +» qəzetinin baş redaktoru Mahir Rüstəmli inanır ki, komandamız inamlı müqavimət göstərərək məhsuldar oyun sərgiləyəcək: «Nəzərə alsaq ki, bu, Foqtsun rəhbərliyi ilə yığmamızın «ev»də keçirdiyi ilk yoldaşlıq görüşüdü, deməli, qələbə çalmasaq da maraqlı oyun olacaq. Amma rəqib bizdən çox güclü olduğu üçün heç-heçə gözləyirəm”.

AzTV-nin populyar «Futbol time» verilişinin aparıcısı Altay Əliyev hesab edir ki, albanlar 2-0 hesabı ilə qələbə çalacaqlar.

ATV-nin idman şərhçisi İlkin Fikrətoğlunun fikrincə, oyun nisbətən yığma komandamızın üstünlüyü şəraitində keçəcək: «Meydan sahibi olduğumuz üçün məncə, sonda biz qalib olacağıq, amma heç-heçədə gözləyirəm».

«525-ci qəzet»in baş redaktor müavini Qalib Toğrul komandamızın komandamızın qələbə qazanacağını söyləyib: «Millimizin qələbəsinə inanıram”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı