Arda yenə heyətə daxil edilmədi

Arda yenə heyətə daxil edilmədi
XƏBƏR 25 Sentyabr 2017 / 19:11 4120
-  A +

"Barselona"nın Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Sportinq"lə (Lissabon) oyun üçün iştirak ərizəsi açıqlanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Ernesto Valverde türk yarımmüdafiəçi Arda Turanın adını  bu matçın heyətinə də daxil etməyib.

"Barselona"nın 20 nəfərlik heyəti: Ter Stegen, Silessen, Ortala, Jerar Pike, Semedo, İvan Rakitiç, Serxio Busgets, Denis Suares, Andres İnyesta, Luis Suares, Lionel Messi, Xavyer Maskerano, Paulinyo, Deulofeu, Jordi Alba, Din, Serxi Roberto, Andre Qomes, Aleiks Vidal, Samuel Umtiti

Qeyd edək ki, "Sportinq" - "Barselona" görüşü sentyabrın 27-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Son xəbərlər