La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi
XƏBƏR 25 Sentyabr 2017 / 18:21 2431
-  A +

İspaniyanın “Vilyarreal” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Fran Eskribanı istefaya göndərən rəhbərlik bu vəzifəyə əvəzedicilərin çalışdırıcısı Xavi Valyexanı gətirib. Onunla  mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Vilyarreal” 6 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər