"Marsel" azarkeşi "Tuluza"ya qol vurdu - Video

"Marsel" azarkeşi "Tuluza"ya qol vurdu -  Video
XƏBƏR 25 Sentyabr 2017 / 17:11 3618
-  A +

Fransa Liqasında keçirilən “Marsel” - “Tuluza” oyununda maraqlı hadisə baş verib.
 
Qol.az-ın xəbərinə görə, “Marsel” azarkeşi Kamel Zaural “Tuluza”nın qapısına qol vurub.

Matçı izləmək üçün velosipedlə 900 km yol qət edən fanatın bu əzmkarlığı klub rəhbərliyi tərəfindən  qiymətləndirilib. Qarşılaşmada topa ilk zərbəni vurmağı Kamelə həvalə ediblər. O isə simvolik zərbə vurmaqla kifayətlənməyib və “Tuluza”nın cərimə meydançasına qədər irəliləyərək qapıya zərbə vurub. “Tuluza”nın qapıçısı Alban Lafon isə bu zərbənin qarşısını ala bilməyib.

Qeyd edək ki, qarşılaşma “Marsel”in 2:0 hesablı qələbəsilə yekunlaşıb.



Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı