"Prosineçki gələndən sonra vəziyyət dəyişdi" - Rüfət Dadaşov

"Prosineçki gələndən sonra vəziyyət dəyişdi" -  Rüfət Dadaşov
GÜNDƏM 25 Sentyabr 2017 / 16:14 5662
-  A +

“Het-trik etməyim əla oldu. Ancaq məni daha çox nəticə, komandamın qələbəsi maraqlandırır".

Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında deyib.

Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"nun hücumçusu son turda “Bautzen”ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə 3 qol vurub.

Bununla bağlı fikirlərini bildirən 26 yaşlı futbolçu millimizdə çıxış etdiyi vaxtları da xatırlayıb: “Berti Foqts millinin baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma Prosineçki gələndən sonra vəziyyət dəyişdi. O,  3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir”.

Almaniya mətbuatı Rüfət Dadaşovun het-trik etməklə özünü Robert Prosineçkiyə ən yaxşı şəkildə sübut etdiyini yazıb.

Qeyd edək ki, 2013-2014-cü illərdə millimizdə çıxış etmiş Rüfət Dadaşov 16 oyunda 4 qol vurub.

Daha çox


Son xəbərlər