Almaniya millisində növbəti itki: yığmamızla oyunu buraxacaq

Almaniya millisində növbəti itki:  yığmamızla oyunu buraxacaq
XƏBƏR 25 Sentyabr 2017 / 14:08 2218
-  A +

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması daha bir itki ilə üzləşib.

Qol.az-ın məlumatına görə, Benedikt Hövedes sıradan çıxıb.

“Yuventus”un müdafiəçisinin məşq zamanı əzələsi zədələnib. Klubun rəsmi saytı 29 yaşlı futbolçunun 1 ay meydana çıxa bilməyəcəyini yazıb.

Bu isə onun DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Şimali İrlandiya və 8-də millimizə qarşı keçiriləcək oyunları buraxacağı deməkdir.

Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer də zədə səbəbindən yığmamızla oyunu buraxacaq.

Son xəbərlər