Püşk atıldı, birinci divizionda yenilik - çempionat 3 dövrə olacaq

Püşk atıldı, birinci divizionda yenilik - çempionat 3 dövrə olacaq
XƏBƏR 25 Sentyabr 2017 / 13:30 4223
-  A +

Bu gün birinci divizionda 2017/18 mövsümünün püşkü atılıb.

Qol.az-ın məlumatına görə, cari mövsüm aşağı liqada 10 komanda mübarizə aparır ki, onlardan 4-ü - “Şüvəlan”, “Binə”, “Xəzər” və “Sabah” çempionatın debütantlarıdır.

İlk turda aşağıdakı komandalar üz-üzə gələcək:

“Xəzər” - “Mil-Muğan”

“Turan-Tovuz” - “Şüvəlan”

“Ağsu” - “Zaqatala”

MOİK - “Qaradağ-Lökbatan”

“Sabah” - “Binə”

Qeyd edək ki, mövsümün açılış turu oktyabrın əvvəlində oynanılacaq.


Birinci divizionda yenilik: 3 dövrə


2017/18 mövsümündə futbol üzrə Azərbaycanın I divizionu 3 dövrədən ibarət olacaq.

Qol.az saytının məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. O qeyd edib ki, bu addım komandaların daha çox oyun keçirməsi üçün atılıb.

Reqlamentə əsasən, püşkün nəticəsinə görə I dövrədə ev sahibi kimi çıxış edəcək komanda III dövrədə də rəqibini öz meydanında qəbul edəcək. Bu isə o deməkdir ki, komandalardan 5-i mövsüm ərzində 13, 5-i isə 14 matçı evdə keçirəcək. Limit isə belədir: komandaların start heyətində 2 legioner yer ala bilər. 3 yerli oyunçu isə mütləq 21 yaşadək olmalıdır.

Çempionat iştirakçıları eyni topla mübarizə aparacaqlar.

Daha çox


Son xəbərlər