UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı

UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2017 / 13:10 4847
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək. Ona Rui Tavares və Paulo Soares köməklik edəcək. Əlavə hakimlər qismində Tyaqo Martins və Joao Pinyeiro təyin olunublar. Dördüncü hakim funksiyasını isə Bruan Rodriges yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər