Maşallah Əhmədov Əfv Komissiyasına müraciət edib

Maşallah Əhmədov Əfv Komissiyasına müraciət edib
XƏBƏR 25 Sentyabr 2017 / 11:28 1552
-  A +

Dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədov azadlığa buraxılması üçün Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət edib.

Bu barədə "Report"a M.Əhmədovun oğlu Tərlan Əhmədov məlumat verib.

Onun sözlərinə görə, M.Əhmədov saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəisinə də müraciət ünvanlayıb: "Ötən gün atamla Bakı İstintaq Təcridxanasında görüşdüm. Bildirdi ki, bir neçə gün əvvəl saxlanıldığı təcridxananın rəisinə cəkdiyi cəzanın böyük hissəsinin - dörddə üçünü çəkməsini nəzərə alaraq azadlığa buraxılması ilə bağlı müraciət edib. Biz lazimi sənədləri hazırlayıb, Maşallah Əhmədova vermişik".

T.Əhmədov qeyd edib ki, atasının səhhətində ciddi problemlər var: "Görüş zamanı söylədi ki, böyrəkləri ağrıyır. Bununla bağlı təcridxanada həkim nəzarətindədir. Atam bildiridi ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə də müraciət edib, lakin hələ ona cavab gəlməyib".

Qeyd edək ki, M.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 8 ildən 2 ilə endirib.

Daha çox


Son xəbərlər