Millimizin üzvü ehtiyatda qaldı

Millimizin üzvü ehtiyatda qaldı
XƏBƏR 25 Sentyabr 2017 / 09:45 1758
-  A +

Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik" İspaniya Sequndasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 6-cı turda "Saraqosa" ilə qarşılaşıb və heç-heç edib - 1:1.

"Saraqosa" - "Ximnastik" - 1:1
Qollar:
Toquero, 19 (1:0), Mesa, 87 (1:1)

Millimizin futbolçusu sözügedən qarşılaşmada iştirak etməyib. O, görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Ximnastik" 6 turdan  sonra 5 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər