Fariz Nəcəfov: “Yerli futbolçu yoxdur, çempionatda limit dəyişməlidir”

Fariz Nəcəfov: “Yerli futbolçu yoxdur, çempionatda limit dəyişməlidir”
XƏBƏR 24 Sentyabr 2017 / 21:16 3774
-  A +

“Komandamız mənim istədiyim kimi top saxlamır. Bu gün çox imkan əldə etdik, amma 2 dəfə fərqləndik, amma müdafiədə çox səhvlər etdik. Məşqçimiz səhvləri bilir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcədov bu gün “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqanın oyunundan sonra bildirib.

O daha sonra əlavə edib ki, çempionatın limiti dəyişdirilməlidir: “Yerli oyunçu baxımından əziyyət çəkirik. Nəticə qazana bilmirik deyə demirəm. Məsələyə ümumi baxıram. Çempionatda "Qarabağ"dan başqa hamı bu problemlə üzləşir. Ola bilsin ki, onlar bu işi daha yaxşı görüblər. Yəqin ki,  "Qarabağ" bu məsələdə daha yaxşı iş görüb. Bunu etiraf etmək lazımdır. Biz də etmək istəyirik, ancaq alınmır. Yerli futbolçu demək olar ki, yoxdur”.
 
F.Nəcəfov bildirib ki, o, bununla bağlı fikirlərini Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə də çatdırıb: “O, mənimlə tam razıdır. Özündən də soruşa bilərsiniz. Bu məsələni qaldırmaq lazımdır ki, növbəti mövsüm bunu azaldaq. Demirik ki, birdəfəlik limit ləğv olunsun. Start heyətdə 5 deyil, 3 azərbaycanlı olsun. Ancaq süni inkişafla uğur olmaz. Limit üçə endirilsə, futbolçular arasında da rəqabət yüksək olacaq”.

"Qəbələ"də maaş problemi varmı?
 
F.Nəcəfov klubda maliyyə durumunun zəifləməsi barədə xəbərlərə də münasibət bildirib: “Siz bunu hardan eşitmisiniz? Bu, normal haldır. Bir az gecikmə oldu. Artıq məvaciblər verilib. Hər şey qaydasındadır. Komandada ab-hava yaxşıdır”.

Daha çox


Son xəbərlər