"Günahkar çox ciddi cəzalanacaq" – Fariz Nəcəfov

"Günahkar çox ciddi cəzalanacaq" – Fariz Nəcəfov
GÜNDƏM 24 Sentyabr 2017 / 20:34 4572
-  A +

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Neftçi" ilə oyundan sonra komandanın futbolçuları Ruslan Qurbanov və Stiven Jozef Monroz arasında baş vermiş dava barədə fikirlərini bölüşüb.

Qol.az-ın sportnet.az-a istinadən yaydığı məlumata görə, Nəcəfov jurnalistlərə açıqlamasında bu olayın klubun nüfuzuna təsir etdiyini bildirib.

O, məsələnin araşdırılacağını və günahkarın ciddi cəzalanacağını söyləyib: "Rəhbərlik o vaxt futbolçu ilə bağlı qərar qəbul edir ki, baş məşqçi belə istəsin. Yəni, Roman Qriqorçuk istəsə, biz futbolçunu cərimə edə bilərik. Amma sözsüz ki, bu, xoşagəlməz haldır. Ümumiyyətlə, belə halları qəbul edə bilmirəm ki, komanda yoldaşları bir-biriləri ilə kobud rəftar etsinlər. Yəqin ki, məsələ ciddi araşdırılacaq və kim günahkardırsa, çox ciddi cəzalanacaq. Bu, birmənalıdır. Başqa cür ola bilməz. Bu, futbolçu və ya baş məşqçidən asılı məsələ deyil. Birbaşa klubun imicinə toxunan hadisədir və qəbulolunmazdır".

Qeyd edək ki, hadisə ilə əlaqədar baş hakim Fariz Nəcəfov Stiven Jozef Monroza qırmızı vərəqə göstərib.  

Daha çox


Son xəbərlər