“Qəbələ”nin futbolçuları arasında qalmaqal – Şəkillər

“Qəbələ”nin futbolçuları arasında qalmaqal – Şəkillər
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2017 / 19:57 8082
-  A +

Topaz Premyer Liqanın bu gün keçirilən “Qəbələ” – “Neftçi” oyunu bitən kimi qalmaqal baş verib.

Qol.az-ın xəbərinə görə, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum edib. Bu zaman iki futbolçu arasında ciddi mübahisə yaranıb. İnsidentin əlbəyaxa davaya çevrilməsinə "Qəbələ"nin futbolçuları və məşqçiləri imkan verməyib.

Nəticədə hakim Fariz Yusifov Monroza qırmızı vərəqə göstərib.










Daha çox


Son xəbərlər