"Neftçi" "Qəbələ"yə də uduzdu

"Neftçi" "Qəbələ"yə də uduzdu
PREMYER LİQA 24 Sentyabr 2017 / 19:51 11913
-  A +

Topaz Premyer Liqada bu gün altıncı tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, sonuncu oyun günündə cəmi bir görüş keçirilib.

Günün yeganə matçı Qəbələdə oynanılıb. Eyniadlı komanda "Neftçi"ni sınağa çəkib və 2:1 hesabı ilə qalib gəlib. Bununla da Roman Qriqorçukun komandası 3-cü pillədəki yerini möhkəmləndirib.

"Neftçi" isə bu mövsüm 5-ci məğlubiyyətini alıb.

Topaz Premyer Liqası

VI tur

24 sentyabr (bazar)

18:00. “Qəbələ” - “Neftçi” - 2:1
Qollar:
Stiven Monroz, 4 (1:0), Dabo, 40 (2:0), Namiq Ələsgərov, 49 (2:1)
Qırmızı vərəqə: Stiven Jozef Monroz, 90+4 ("Qəbələ")
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
Qəbələ şəhər stadionu

22 sentyabr (cümə)

“Qarabağ” - “Sumqayıt” - 4:1

23 sentyabr (şənbə)

“Zirə” - “İnter” - 1:1

“Səbail” - “Kəpəz” - 1:0


N Klublar O Q H M T-F X
1 Qarabağ 5 5 0 0 12-3 15
2 Zirə 6 4 2 0 12-5 14
3 Qəbələ 6 4 1 1 7-6 13
4 İnter 6 2 2 2 7-7 8
5 Sumqayıt 6 2 1 3 6-10 7
6 Səbail 5 2 0 3 4-6 6
7 Neftçi 6 0 1 5 3-9 1
8 Kəpəz 6 0 1 5 3-11 1

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3.

Daha çox


Son xəbərlər