Topaz Premyer Liqasının 6-cı turunda evdə “İnter”lə heç-heçə edən (1:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın Sport24.az-a istinadən yaydığı xəbərə görə, Abbasov öncə matçla bağlı fikirlərini bildirib:
- Çətin oyun oldu. Bunu gözləyirdik. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Bu matça yaxşı hazırlaşmışdıq. Rəqibin standart vəziyyətlərdə yaxşı oynadığını bilirdik. Buna xüsusi hazırlaşmışdıq. Lakin təəssüf ki, qolu məhz standart vəziyyətdən buraxdıq. Rəqib azlıqda qaldıqdan sonra üstünlüyü ələ aldıq. Qol da vurduq. Ancaq hesabı xeyrimizə dəyişə bilmədik. Rəqibin də bir neçə fürsəti oldu. “İnter” çempionatda ən yaxşı müdafiə olunan komandalardandı.
- Videotəkrarda qol epizodunda topun qapı xəttini keçdiyi aydın görünürdü...
- Həmin epizodun təkrarına baxmamışam.
- Həftə ərzində bir neçə gün Belarusda olduz. Düşünmürsüz ki, bugünkü oyunda xal itkisində bunun da rolu oldu?
- Belə düşünmürəm. Bizim komandada güclü nizam-intizam var. Mənim olmamağımın ciddi təsiri yoxdu. Cəmi 2 məşqdə olmamışam. Sadəcə, birinci pillədə qərarlaşdıqdan sonra bəzi oyunçularda özünə əminlik yaranıb. İlk hissədə meydanda istədiyim oyunu, mübarizəni görmədim. Fikrimcə, buna səbəb də məhz bəzi oyunçularda rahatlıq yaranmasıdı. Lakin ikinci hissədə oyunçularımda istədiyim əzmkarlığı gördüm. Məğlub olsaydıq belə, bu oyundan razı qalacaqdım. Elə məhz ikinci hissədəki oyuna görə futbolçularıma təşəkkür etdim.
- Nicat Qurbanova bir qədər sərt reaksiya göstərdiz. Onu cəza gözləyir?
- Hər bir klubun intizam kodeksi var. Ona uyğun addım atırıq. Düzdü, rəqib onu zədələmişdi. Lakin heç bir futbolçuya ixtiyar verməmişik ki, hakimlə mübahisə etsin.
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı