"Gərək oyun olsun ki, danışasan" - Şahin Diniyev

"Gərək oyun olsun ki, danışasan" -  Şahin Diniyev
GÜNDƏM 23 Sentyabr 2017 / 21:50 3173
-  A +

“Gərək oyun olsun ki, danışasan. Olmayan oyun haqda danışmaq çətindir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 6-cı turunda “Səbail”ə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfrasnında deyib.

O, komandasının uğursuz çıxışlarının futbolçulara psixoloji təsir etdiyini bildirib: “Komanda meydana psixoloji təzyiq altında çıxmışdı. Bütün mövqelərimizdə olan futbolçular zəif çıxış etdi. Hesab açıldıqdan sonra isə “Səbail” müdafiəyə çəkildi. Bizdə elə bir futbolçu yoxdur ki, oyunu üzərinə götürə bilsin.

Topladığımız xal və turnir cədvəlindəki mövqeyimiz hər oyunda bizi təzyiq altında saxlayır. Ancaq toparlanmalıyıq və vəziyyətdən çıxmalıyıq”.

Daha çox


Son xəbərlər