"Oyunumuzdan razı deyiləm" - Samir Əliyev

"Oyunumuzdan razı deyiləm" -  Samir Əliyev
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2017 / 20:27 3703
-  A +

Topaz Premyer Liqasının VI turunda keçirilən “Səbail” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev mətbuat konfransı keçirib.
 
Qol.az-ın Sport24.azaa istinadən yaydığı xəbərə görə, o, nəticədən razı qaldığını bildirib.

- Çətin oyun oldu. “Kəpəz” üçün qələbə qazanmaq çox vacib idi. Amma biz də məğlub olmaq niyyətində deyildik. Qol vəziyyətlərimiz az olsa da, qələbə qolunu vurmağı bacardıq. Qələbə qazandığımız üçün çox şadıq.

- Qələbə qazansanız da, komandanız məzmunlu futbol sərgiləmədi. Bu fikirlə razısınız?

- Deməzdim ki, oyunumuzdan razıyam. Amma qələbə qazanmaq çox vacibdir. Bəzən pis oynayıb, qələbə qazanmaq da bizə sərf edir.

- Hər halda, "Səbail" cari mövsümdə ən zəif oyununu keçirdi...

- Turlar ötdükcə, rəqiblər bizi daha yaxşı təhlil edir. Şahin Diniyev güclü mütəxəssisdir. Rəqib imkan verdiyi qədər oynadıq.

- Axı, "Kəpəz" də ortaya futbol adına heç nə qoymadı...

- Mən öz komandama cavabdehəm.

- 6 tur və iki qələbə. Nəticələrinizdən razısınız?

- Məncə, yeni yaranan komanda üçün yaxşı nəticədir.

Daha çox


Son xəbərlər