"Zirə"dən xal itkisi, "Səbail"dən qələbə

"Zirə"dən xal itkisi, "Səbail"dən qələbə
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2017 / 21:56 11768
-  A +

Topaz Premyer Liqada altıncı turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib.

Çempionatın debütantı "Səbail" öz meydanında "Kəpəz"i qəbul edib. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. 

Günün digər oyununda isə "Zirə" "İnter"i qəbul edib. "Qarabağ"ın "Sumqayıt" üzərində qələbəsindən sonra liderliyini itirən Ayxan Abbasovun komandası qələbə sayəsində yenidən zirvəyə yüksələ bilərdi. Ancaq görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb və "Zirə" 2-ci pillədə qalıb. 

Qeyd edək ki, turun sonuncu oyunu bazar günü keçiriləcək. 


23 sentyabr (şənbə)

Topaz Premyer Liqası

VI tur


20:00. “Zirə” - “İnter” - 1:1
Qol:
Sertan Taşkın, 21 (0:1), Yovan Krneta, 67 (1:1)
Qırmızı vərəqə: İlkin Qırtımov, 43 ("İnter")
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu

17:30. “Səbail” - “Kəpəz” - 1:0
Qol:
Elman Taqayev, 60
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
“Dalğa Arena”


24 sentyabr (bazar)

18:00. “Qəbələ” - “Neftçi”
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
Qəbələ şəhər stadionu

22 sentyabr (cümə)

“Qarabağ” - “Sumqayıt” - 4:1


N Klublar O Q H M T-F X
1 Qarabağ 5 5 0 0 12-3 15
2 Zirə 6 4 2 0 12-5 14
3 Qəbələ 5 3 1 1 7-5 10
4 İnter 6 2 2 2 7-7 8
5 Sumqayıt 6 2 1 3 6-10 7
6 Səbail 5 2 0 3 4-6 6
7 Neftçi 5 0 1 4 2-7 1
8 Kəpəz 6 0 1 5 3-11 1

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3.

Daha çox


Son xəbərlər