"O, buraxdığı səhvə görə cavab verəcək" - Samir Abasov

"O, buraxdığı səhvə görə cavab verəcək" - Samir Abasov
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2017 / 21:27 6887
-  A +

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Oyuna pis başlamadıq. Belə oyunu gözləyirdik. Bacardığımız qədər qapanırdıq. Əsas məqsədimiz rəqibi əks-hücumlarda tutmaq idi. Buna da nail olduq. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Oyunçular arasında səviyyə fərqi özünü göstərdi. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Mehdi Cənnətovun oyunundan razı qaldınız?

- Fərhad Vəliyev bir neçə ilə karyerasını bitirəcək. O vaxta kimi yeni qapıçı hazırlamalıyıq. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək.

- Cavid İmamverdiyevin zədəsi necədir?

- Cavidin vəziyyətinə sabah aydınlıq gələcək. Hələliksə, deyə bilərəm ki, əzələsini çox bərk dartıb. Ümid edirəm ki, zədəsi ciddi deyil.

- Hakimlikdən razı qaldınız?

- Hakimlik barədə danışmaq istəmirəm.

Daha çox


Son xəbərlər