Marselonun zədəsi ciddidir - 1 ay oynamayacaq

Marselonun zədəsi ciddidir -  1 ay oynamayacaq
XƏBƏR 22 Sentyabr 2017 / 17:55 2036
-  A +

"Betis"lə oyunda zədələnən "Real"ın futbolçusu Marselo tibbi müayinədən keçib.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçinin bir aya qədər meydana çıxa bilməyəcəyi məlum olub. Onun bud əzələsində yırtıq aşkarlanıb.

Marselonu qarşıdakı oyunlarda Naço Fernandesin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Real" heyətindı Kərim Benzema və Mateo Kovaçiç də zədədən əziyyət çəkir.


Son xəbərlər