“Artıq "Real”da oynamağı arzulamıram" - Obameyanq

“Artıq "Real”da oynamağı arzulamıram" -  Obameyanq
XƏBƏR 22 Sentyabr 2017 / 15:35 3699
-  A +

“Artıq “Real”da oynamağı arzulamıram. Bu haqda daha danışmaq istəmirəm. Mən onlara lazım olmadım".

Qol.az-ın məlumatına görə, bu sözləri Dortmund "Bourssiya"sının futbolçusu Pyer-Emerik Obameyanq Almaniya mətbuatına açıqlamasında deyib.

Qabonlu hücuçu əvvəlcə "Real"a keçə bilmədiyi üçün təəsüfələndiyini, ancaq indi buna görə xoşbəxt olduğunu bildirib: “Borussiya”da da hər şey məni qane edir. "Real"a keçmədiyim üçün çox məyus oldum. Amma indi qaldığım üçün xoşbəxtəm. Yayda “Milan”dan təklif almışdım. Diqqətimi cəlb etmişdilər. Ancaq bəzi səbəblərdən danışığımız alınmadı".

Qeyd edək ki, Obameyanq 2013-cü ildən “Borussiya”da çıxış edir.

Daha çox


Son xəbərlər