Almaniya klubunun bazasında bomba tapıldı

Almaniya klubunun bazasında bomba tapıldı
XƏBƏR 22 Sentyabr 2017 / 14:26 2745
-  A +

Almaniyanın "Ştuttqart” klubunun məşq bazasında bomba tapılıb.

Qol.az-ın "Bild”ə istinadən yaydığı xəbərə görə, meydançanın ot örütüyü dəyişdirilərkən II Dünya Müharibəsindən qalan bomba aşkarlanıb.

Mütəxəssislər çəkisi 50 kq olan mərmini zərərsizləşdiriblər.

Qeyd edək ki, 2009-cu ildə "Ştuttqart”ın ev oyunlarını keçirdiyi "Mercedes-Benz Arena”da yenidənqurma işləri aparılan zaman 34 bomba tapılıb.

Daha çox


Son xəbərlər