Neymar üzr istədi

Neymar üzr istədi
XƏBƏR 22 Sentyabr 2017 / 13:00 4952
-  A +

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 6-cı turunda “Lion”la oyunda Edinson Kavani ilə münaqişə etdiyi üçün komanda yoldaşlarından üzr istəyib.

Qol.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu bu barədə komandanın dünən axşamkı məşqində bildirib.

Neymarın sözlərini komanda yoldaşı Tiaqo Silvanın tərcümə etdiyi bildirilir.

Xatırladaq ki,  Neymar  "Lion”la görüş zamanı penaltinin  yerinə yetirmək istəsə də, Kavani buna mane olub. Özü isə zərbəni dəqiq yerinə yetirə bilməyib. Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə  T. Silva imkan verməyib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı