"Roma"nın hücumçusu Bakıda oynamayacaq

"Roma"nın hücumçusu Bakıda oynamayacaq
XƏBƏR 22 Sentyabr 2017 / 10:11 2582
-  A +

"Roma"nın zədəli futbolçusu Patrik Şikin son durumu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən 21 yaşlı hücumçunun sol dizaltı vətərindən zədələndiyi məlum olub. Onun 15 gün yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bu isə o deməkdir ki, P.Şik İtaliya A seriyasında "Udineze", "Milan"la oyunları və Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-i keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın